İsrailin Bakıdakı səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib.
“İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir!
Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!”, – paylaşımda vurğulanıb.












