Sentyabrın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Musiqi Gününə həsr olunmuş konsert keçiriləcək.
Gununsesi.info-ya açıqlamasında musiqiçi Aydan Yeşildağ bildirib ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Onun sözlərinə görə, musiqisevərlər konsertə dəvətlidir.
Sənətçi həmçinin bildirib ki, repertuarında
Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Moqomayev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Vəfa Bağırzadənin əsərləri yer alacaq.
Tədbir 19 sentyabr saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçiriləcək.
Konsertə giriş sərbəstdir.
Orxan












