“Bavariya” Almaniya Bundesliqasının IV turunda “Union”u böyük hesabla məğlub edib.
Gununsesi.info xəbər verir ki, Münhendəki “Alyans Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
“Bavariya”nın fransalı vingeri Maykl Olise görüşün qəhrəmanı olub. O, 43, 73 və 76-cı dəqiqələrdə fərqlənərək het-trik edib. Olise həmçinin bir məhsuldar ötürmə ilə yadda qalıb.
Münhen klubunun digər qollarını Camal Musiala (18), Harri Keyn (39 – penalti, 54) və İsmayıl Saybari (70) vurublar.
Bu qələbədən sonra xallarını 10-a çatdıran “Bavariya” Bundesliqanın turnir cədvəlinə başçılıq edir. “Union” isə 1 xalla 16-cı pillədə qərarlaşıb.









