Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez yeni evindən görüntülər paylaşaraq dəbdəbəli malikanəsinin qapılarını pərəstişkarlarının üzünə açıb. Ulduzun Kaliforniyanın Hidden Hills bölgəsində yerləşən bu evi 18 milyon dollara aldığı bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Lopez Ben Affleklə boşandıqdan sonra köçdüyü yeni evindəki dəbdəbəli məkanları nümayiş etdirib. Bir müddət əvvəl aldığı malikanənin interyerində geniş və işıqlı otaqlar, dəbdəbəli mebellər və müasir dizayn diqqət çəkir.
Evin xüsusilə geniş yaşayış sahəsi və rahatlığı ilə seçildiyi qeyd olunur. Malikanənin ətrafında böyük həyətin, həmçinin istirahət üçün müxtəlif imkanların olduğu bildirilir.
Cennifer Lopez son illərdə daşınmaz əmlaka etdiyi böyük yatırımlarla da gündəmə gəlib. Məlumata görə, sənətçi 2025-ci ilin fevralında Hidden Hills ərazisində 8 min 600 kvadratmetr sahəsi olan atçılıq təsərrüfatı da satın alıb.
Lopezin yeni malikanəsini sosial media hesabında nümayiş etdirməsi pərəstişkarlarının böyük marağına səbəb olub.














