Uşağın bank kartından 60 AZN çıxılıb: Vətəndaş məsələ ilə bağlı araşdırma istəyir

  • Müəllif: Orxan
  • 18 Sentyabr 2026 16:56

Vətəndaş Mədinə Paşayeva uşağına məxsus bank kartından 60 AZN məbləğində vəsaitin silindiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Mədijə Paşayevanın sözlərinə görə, kart üzrə həyata keçirilən əməliyyatın qarşı tərəfi kimi KredAqro BOKT MMC görünür.

O, kartın uşağının çantasındakı qovluqda saxlanıldığını və kart nömrəsinin kənardan görünməsinin mümkün olmadığını qeyd edib.

Vətəndaş bildirib ki, kartdan yalnız məktəbin yaxınlığında yerləşən marketdə, özü yanında olduğu zaman alış-veriş üçün istifadə edilir.

Mədinə Paşayeva məsələ ilə bağlı bankla əlaqə saxladığını və bankdan əməliyyatın onların tərəfindən həyata keçirilmədiyinə dair məlumat aldığını deyib.

Onun sözlərinə görə, KredAqro BOKT MMC ilə də əlaqə saxlanılıb, lakin müraciət nəticəsində məsələyə aydınlıq gətirilməyib.

Vətəndaş məsələ ilə bağlı oxşar hal yaşayan və ya əməliyyatın necə baş verə biləcəyi barədə məlumatı olan şəxslərdən onunla əlaqə saxlamağı xahiş edib.

Qeyd edək ki, Mədinə Paşayevanın paylaşdığı məlumatda əməliyyatın səbəbi və vəsaitin hansı əsasla silindiyi barədə rəsmi açıqlama yer almayıb.

Elmar

Gununsesi.info