Müğənni Murad Arif Azərbaycanda alternativ hərbi xidmətin işlək mexanizmə çevrilməsini təklif edib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, ailələr hərbi büdcəyə rəsmi ödəniş etməklə dəstək ola, bunun müqabilində isə gənclər üçün 3, 6 və ya 9 aylıq güzəştli hərbi xidmət modeli tətbiq edilə bilər.
“Amma RƏSMİ şəkildə!” – deyə Murad Arif vurğulayıb.
Onun fikrincə, belə bir mexanizm alternativ hərbi xidmət imkanının yaradılmasına və prosesin şəffaf, qanuni əsaslarla həyata keçirilməsinə xidmət edə bilər.
Elmar
Gununsesi.info










