Deputat: Tıxac problemini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir

  • Müəllif: Firuzə
  • 21 Sentyabr 2026 11:06

Mən bu gün ilk dəfə iclasa gecikirəm.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, iş yerlərinə gecikmələr bir çox hallarda rəhbərlik və işçi arasında problemə səbəb olur: “Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Düşünürəm ki, hələ də yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.

Gununsesi.info