İran Gürcüstana uçuşları dayandırdı

  • Müəllif: Firuzə
  • 21 Sentyabr 2026 11:49

ABŞ sanksiyaları altında olan İran aviaşirkətlərinin Gürcüstana uçuşları bu gündən dayandırılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Georgia Holiday” məlumat yayıb.

Məlumata görə, şirkət bildirib ki, İran aviadaşıyıcıları Gürcüstana son uçuşlarını sentyabrın 20-də həyata keçiriblər.

ABŞ Maliyyə Nazirliyi 8 sentyabrda 27 İran aviaşirkətinə sanksiya tətbiq edərək, tədbirin artıq sanksiyalar altında olmayan “qalan bütün İran aviaşirkətlərini” hədəf aldığını bildirib.

Gürcüstanın Mülki Aviasiya Agentliyi iki gün sonra ölkənin “beynəlxalq sanksiyalar rejiminə tam uyğun” hərəkət edəcəyini və ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilən sanksiya mexanizmlərini nəzərə alacağını bildirib.

Gununsesi.info