Məlahət İbrahimqızı: “ İlham Əliyev Türk dünyasının təhlükəsizlik gündəliyi ilə bağlı yeni mesajlar səsləndirdi”

  • Müəllif: Firuzə
  • 21 Sentyabr 2026 10:06

Bildiyimiz kimi bugünlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərlərinin iştirakı ilə Bakıda ənənəvi görüşü keçirilmişdu.

Bildiyimiz kimi, Azərbaycan hazırda TDT-ə sədirlik edir. Bu görüş də məhz Azərbaycanın sədirlik etdiyi dövrə təsadüf edir. Sözsüz ki, bu görüşlər öncədən planlaşdırıçmış tədbirlərdir.Hesab edirəm ki, yaxın və yzaq coğragiyamızda baş verən çox ağır və sonu görünməyən müharibə və silahlı münaqişələr fonunda TDT-nin təhlükəsizlik əməkdaşlığının Bakıda ayrıca və daha sistemli görüşü böyük əhəmiyyətə malikdir. Bu müharibələrin TDT-a üzv ölkələrin yaxın sərhədlərində baş verdiyini də nəzərə alsaq həm bu görüşün və görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşün nə qədər böyük önəm daşıdığı aydın olur. Mətbuatdan da verildiyi kimi bu görüşdə iştirak edən TDT-ə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ayrlca görüşü keçirildi.

Görüş zamanı Dövlətimizin Başçısı hər zaman olduğu kimi çox ciddi məsələlərə toxunaraq, dünyanın bügünü çağırışlarına uyğun olaraq Türk Dünyasının gələcəkdə daha sürətli inkişafı naminə və təhlükəsizliyinin qorunmasında böyük əhəmiyyətə malik mesajlar səsləndirdi. Belə ki, Onun bu görüşdəki çıxışı yalnız təhlükəsizlik məsələlərinin sadalanması ilə məhdudlaşmadı; çıxışda Türk dövlətləri arasında siyasi, hərbi, iqtisadi və strateji əlaqələrin vahid təhlükəsizlik yanaşması ilə tamamlanmasının vacibliyi də ön planda idi.
Bildiyimiz kimi, bügün coğrafiyamızda qlobal miqyasda baş verən sürətli geosiyasi transformasiyalar, geniş miqyaslı müharibələr, beynəlxalq hüququn norma və prinsiplərinin sınağa çəkildiyi ziddiyyətli proseslər regional sabitliyin və təhlükəsizliyin təmin olunmasını hər zamankindən daha aktual edir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təkcə türk dövlətləri arasındakı ikitərəfli və çoxtərəfli münasibətlərin deyil, həm də bütövlükdə Avrasiya məkanının gələcək memarlığının müəyyənləşdirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Məhz Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində baş tutan bu görüş bir daha göstərdi ki, Türk dünyası ortaq dəyərlər, iqtisadi potensial və təhlükəsizlik maraqları ətrafında sıx birləşərək qlobal güc mərkəzlərindən birinə çevrilməkdədir.

Görüş zamanı möhtərəm Prezidentimiz İlham Əliyev çıxışında qlobal miqyasda baş verən köklü dəyişikliklərə toxunaraq, ötən əsrin geosiyasi balansının artıq başa çatdığını vurğuladı. Dünya yeni nizama doğru gedərkən, Türk Dövlətləri Təşkilatının coğrafi miqyası, iqtisadi gücü və geosiyasi mövqeyi həlledici amilə çevrilir. Çıxışının hər bir cümləsi ilə TDT-ə üzv ölkələrin təhlükəsizlik qurumlarının gələcəkdə birgə fəaliyyətinə yeni istiqamətlər verən Prezidentimiz “Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir.” – fikirləri ilə Türk Dünyasının yeni yaranmış reallıqlar fonunda rolunu qeyd etdi. Türk Dünyasınım coğrafi üstünlüyünü xüsusi qeyd edərək, təşkilata üzv hər bir ölkənin həm də böyük məsuliyyət daşıdığını vurğuladı. Həqiqətən də statistik göstəricilər də türk dövlətlərinin iqtisadi və demoqrafik baxımdan nəhəng bir potensiala malik olduğunu təsdiqləyir. Üzv ölkələrin rəsmi statistikaları əsasında hazırlanmış məlumata görə ümumi daxili məhsulu 2,4 trilyon ABŞ dolları təşkil edir ki, bu da qlobal miqyasda təqribən on ikinci yer deməkdir. Ölkələrarası ticarət dövriyyəsi ildən-ilə artaraq 1,7 trilyon dollara çatıb. Əhalinin dinamik artımı və gənc nəslin intellektual potensialı təşkilatın gələcək inkişafının əsas təminatçısıdır.

Təhlükəsizlik məsələlərinin gün keçdikcə daha mürəkkəb xarakter aldığı bir dövrdə, TDT çərçivəsində institusional əməkdaşlığın dərinləşməsi xüsusi diqqət çəkir. Dövlət başçısı qısa müddət ərzində daxili işlər nazirlikləri, baş prokurorluqlar, müdafiə sənayesi rəhbərləri və dini liderlər səviyyəsində keçirilən görüşlərin intensiv xarakter aldığını qeyd etmişdir. Bugünkü reallıqda xarici siyasətdən tutmuş mədəniyyətə və təhlükəsizliyə qədər 63 fərqli mexanizm və platformanın mövcud olması Türk dünyasının inteqrasiya prosesinin nə qədər sistemli və dərin köklərə sahib olduğunu sübut edir. Hesab edirəm ki, Dövlət Başçısının çıxışındakı “Bizdə təhlükəsizlik məsələləri həqiqətən çox aktualdır… Əminəm ki, təşkilatın iştirakçısı olan ölkələrin Təhlükəsizlik şuralarının aparatları arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək, birgə praktiki tədbirlər isə qarşılıqlı etimadın və sabitliyin daha möhkəm təməlini təşkil edəcək.”bu fikirlər hesab edirəm ki, özlüyündə kifayət qədər cuddi mesajları özündə əks etdirir.

Prezident İlham Əliyevin TDT-nin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü bir daha nümayiş etdirdi ki, Türk Dövlətləri Təşkilatı heç bir bölgə və ya dövlət üçün təhdid mənbəyi deyil; əksinə, regional sabitliyin, sülhün və tərəqqinin əsas qarantlarından biridir. Dünyada qüvvələr balansının dəyişdiyi və beynəlxalq hüquq prinsiplərinin sınağa çəkildiyi bir vaxtda türk dövlətlərinin birgə hərəkət etməsi, təhlükəsizlik çağırışlarına qarşı vahid mövqe sərgiləməsi tarixi zərurətdir. Bakı toplantısı bu birliyin daha da güclənməsinə, qarşılıqlı etimad mühitinin dərinləşməsinə və gələcək növündə ortaq təhlükəsizlik arxitekturasının qurulmasına mühüm töhfə verdi. Son olaraq, qeyd etmək istərdim ki, ümumiyyətlə Azərbaycanın TDT-na sədirlik etdiyi bütün dövrləri bu təşkilatın tarixində ən önəmli mərhələlərdən biri kimi qəbul etmək olar.

Gununsesi.info