Elektron Təhlükəsizlik Xidməti əhaliyə çağırış etdi

  • Müəllif: Orxan
  • 21 Sentyabr 2026 12:28

Piramida sistemləri və onların yaratdığı risklərlə bağlı maarifləndirici video-material hazırlanıb.

Gununsesi.info xəbər verir ki, materialda piramida sistemlərinin necə işlədiyi, hansı əlamətlərlə tanındığı və belə təkliflərlə qarşılaşan zaman nələrə diqqət edilməli olduğu izah olunur.

Qeyd olunur ki, piramida sistemləri qısa müddətdə yüksək və zəmanətli gəlir vəd etməklə insanları cəlb edən riskli maliyyə sxemləridir.

Bu sistemlərdə qazanc çox vaxt real fəaliyyət hesabına deyil, yeni iştirakçıların yatırdığı vəsaitlər hesabına formalaşır.

Maarifləndirici materialda vətəndaşlara şübhəli vədlərə deyil, yoxlanılmış məlumatlara etibar etmək tövsiyə olunur.

Hazırlanmış videoçarxı təqdim edirik:

 

Gununsesi.info