Bağlaması gömrükdə qalan vətəndaş şikayət etdi

  • Müəllif: Şəbnəm
  • 21 Sentyabr 2026 12:34

Vətəndaş Temu-dan sifariş etdiyi bağlamanın gömrükdə saxlanılmasından şikayətçidir.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edib.

Vətəndaşın sözlərinə görə, may ayında Temu-dan sifariş etdiyi bağlama 20 maydan etibarən gömrükdə saxlanılıb. Lakin Smart Customs sistemində bağlama ilə bağlı heç bir məlumat görünmü:

“May ayında Temu-dan sifariş verdiyim bağlama 20 maydan etibarən gömrükdə saxlanılıb. Smart Customs-da isə bağlama ilə bağlı heç bir məlumat yoxdur.

Dəfələrlə Starex-ə zəng edib, mesaj yazmışam, amma problemi həll etmək əvəzinə araşdırıb məlumat veresiyik deyirlər. Gömrük isə “daşıyıcı şirkətlə əlaqə saxlayın” deyir. Starex, sualım çox sadədir: Bağlamam haradadır və niyə məsələ ilə bağlı məsuliyyət daşımırsınız? Müştərini həftələrlə cavabsız qoymaq və qurumlar arasında göndərmək hansı xidmət anlayışıdır?“

 

 

İlhamə

Gununsesi.info