Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi

  • Müəllif: Orxan
  • 21 Sentyabr 2026 14:06

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26-27 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

Bu barədə Gununsesi.info-ya ADY-dən məlumat verilib.

Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Gununsesi.info