“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.
Gununsesi.info xəbər verir ki, seminarda çıxış edən Həsən Həsənov qədim dövrdə bölgədə mövcud olmuş inanclar, xristianlığın Qafqaza gəlişi, ermənilərin xristianlaşması və Qafqaz Albaniyasının tarixi irsi barədə danışıb.
O bildirib ki, qədim dövrlərdə bu ərazilərdə müxtəlif dini inanclar mövcud olub. Tanrıçılıq dini və çoxsaylı tanrılara inam olub. Daha sonra xristianlıq bölgəyə gəlib.
“Ermənilərin xristianlaşması da bu tarixi proseslərin bir hissəsidir. Ermənilərin özlərinin də bildiyi bir məsələ var. Onların tarixi ilə bağlı danışarkən Araz çayı, Xəzər dənizi, Yerevan və Cənubi Qafqazın müxtəlif əraziləri nəzərə alınmalıdır. Lakin biz bəzən öz tariximizi və bu tarixi faktları kifayət qədər bilmədiyimiz üçün sözümüz havada qalır. Qırx dörd günlük müharibə zamanı əlində silah olan döyüşürdü.
İndi isə informasiya müharibəsi gedir. Bu müharibədə informasiya ilə mübarizə aparan, tariximizi, mədəniyyətimizi və irsimizi bilən hər bir insan da öz sahəsində döyüşçüdür. Biz tariximizlə bağlı məlumatlara sahib olmalı, onları öyrənməli və başqalarına çatdırmalıyıq. Çünki informasiya müharibəsində əsas silahlardan biri də düzgün məlumat və tarixi həqiqətlərdir”,– deyə o, həmçinin qeyd edib.
Firuzə










