Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

  • Müəllif: Orxan
  • 22 Sentyabr 2026 14:36

Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması zamanı baş verən maraqlı hadisədən danışıb.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı erməni silahlı qüvvələrinin Kəlbəcər və Laçından çıxarkən törətdiklərini xatırladıb.

İlham Əliyev bildirib ki, Ermənistan tərəfinə əraziləri tərk etmək üçün 2-3 həftə vaxt verilmişdi. Bu müddətdə ərazilərdə ağacların məhv edilməsi və digər dağıntılarla yanaşı, sanitar qovşaqların belə sökülərək aparılması diqqət çəkib.

“Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq”, – Prezident qeyd edib.

Gununsesi.info