Bu gün tanınmış vəkil, hüquq müdafiəçisi Cavad Cavadovun 50 yaşı tamam olur.
Cavad Cavadov Azərbaycanda hüququn aliliyinin, insan hüquq və azadlıqlarının müdafiəsinin vacibliyini öz fəaliyyəti ilə ortaya qoyan vəkillərdəndir. O, xüsusilə jurnalistlərin, siyasi fəalların və müxtəlif səbəblərdən azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının müdafiəsində prinsipial mövqeyi ilə tanınıb.
Onun fəaliyyəti yalnız cinayət işləri ilə məhdudlaşmır. Cavad Cavadov mülki hüquqların müdafiəsi sahəsində də mühüm işlər görüb, yüzlərlə ailənin Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarının müdafiəsində iştirak edərək uğurlu nəticələrin əldə olunmasına töhfə verib.
Vəkillik fəaliyyətini sadəcə peşə deyil, insan taleləri qarşısında məsuliyyət kimi qəbul edən Cavad Cavadov üçün 50 yaş həm də uzun illərin hüquq mübarizəsinin, təcrübənin və prinsipiallığın əlamətidir.
Hörmətli Cavad müəllim, 50 yaşınız mübarək! Sizə möhkəm cansağlığı, uzun ömür və insan hüquqlarının müdafiəsi yolunda yeni uğurlar arzulayırıq.
Ədalətin keşiyində daha neçə-neçə illərə!
Gununsesi.info olaraq, uzun illərdən bəri əməkdaşlıq etdiyimiz dəyərli vəkilimizi yubiley yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı, qarşıdakı fəaliyyətində nailiyyətlər arzu edirik.
Afət Abbasova
Gununsesi.info












