İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2026 19:21

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Hava Yollarından məlumat verilib.

“ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib”, – məlumatda bildirilib.

Gununsesi.info