Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edib

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2026 18:58

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının Nyu-Yorkda keçirilən rəsmi açılış mərasimində iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, Ümumi Debat dünya liderlərini və BMT-yə üzv dövlətlərin nümayəndələrini bir araya gətirərək qlobal və regional çağırışlarla bağlı fikir mübadiləsi aparmaq, sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

 

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

Gununsesi.info