Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək.
Bu barədə Gununsesi.info-ya Universitetdən məlumat verilib.
Bildirilib ki, “Formula-1” tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər məsafədən – onlayn formada təşkil olunacaq.












