Zika virusuna qarşı vaksin hazırlanıb

  • By admin
  • 25 Mart 2017 08:47

Virus-Zika

Çindən və Fransadan olan alimlər birgə dünyanı qorxuya salan Zika virusuna qarşı vaksin hazırlayıblar.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu haqda Çinin Elmlər Akademiyası yanında Paster İnstitunun direktoru Tan Xun deyib.

Onun sözlərinə görə, ilkin tədqiqatlar mərhələsinə başlanılıb. Vaksin artıq 2019-ci ildə Afrikada istifadə üçün mümkün ola bilər.

Məlumat üçün bildirək ki, Zika virusu ilk dəfə 1947-ci ildə Uqandada Rhesus cinsli meymunlarda tapılıb. Virusa yoluxduqdan 3-12 gün sonra xəstəlik baş qaldırır. Bir növ kripi xatırladan bu virus hərarət, baş ağrısı, gözlərdə qızarma, qusma, əzələ ağrıları kimi simptonlar yaradır. Virusa yoluxan xəstələrin sadəcə 20%-də bu əlamətlər ortaya çıxır. Ağcaqanad sancması ilə yayılan bu virus hamilə qadınlar üçün olduqca təhlükəlidir. Hələ doğulmamış uşaqların beynində kiçilmə yaradan onları inkişafdan saxlayan bu virus bəzi hallarda uşağların doğulmadan ölməsinə səbəb olur.

Gununsesi.info