
ABŞ prezidenti Donald Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürüb.
Gununsesi.info rosbalt.ru-ya istinadən xəbər verir ki, Tramp spiker Pol Rayandan təklif etdiyi sənədin geri götürülməsini xahiş edib.
Məlumata görə, 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti Donald Trampın təşəbbüsünün əleyhinə çıxış edib.
Nəzərinizə çatdıraq ki, Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.
Gununsesi.info











