

Əfv Komissiyasının iclası bu gün davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu Əfv Komissiyasının üzvü Rəşad Məcid jurnalitlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Əfv Komissiyasının dünən keçirilən iclasında Komissiyaya daxil olan 150-dən artıq müraciətə baxıb.
“Komissiyaya 800-dən artıq müraciət daxil olub. Bu gün keçiriləck iclasında da daxil olan digər müraciətlərə baxılacaq”- deyə, komissiya üzvü bildirib.
Qeyd edək ki, mart ayında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının olacağı gözlənilir.
Mürtəza
Gununsesi.info