“Azərbaycanda sərbət topalaşmaq hüququnun təmin olunması üçün tam şərait yaradılıb”. Gnunsesi.info xəbər verir ki. bu fikri Azərbaycan prezidentinin köməkşisi Əli Həsənov Milli Məclisdə 18 iyun İnsan haqları günü ilə bağlı təşkil olunan dinləmələr zamanı deyib. Onun sözlərinə görə, vətndaşların sərbəst toplaşmaq hüququ ilə bağlı olaraq bütüb rayonlarda xüsusi yürlər ayrılıb və heç bir maneə olmadan vətəndaşlar bu hüquqlarından istifadə edə bilirlər. Ə. Həsənov bildirib ki, vətəndaşların birləşmə hüququ sahəsində də xeyli iş görülüb: “Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin sayının 10 milyona yaxın olmasına baxmayaraq 55 siyasi partiya, 3 minədək QHT və digər cətəndaş cəmiyyətinin institutları fəaliyyət göstərir”. Ə. Həsənov əlavə edib ki, siyasi partiyaların və vətəndaş cəmiyyəti institularının normal fəaliyəti üçün normal şərait yaradılıb: “Bundan əlavə olaraq parlamentəd təmsilçilik və qanunvericiliyə uyğun olaraq parlamentdə təmsil oluna bilməyib müəyyən səs toplayan partiyalr dövlət tərəfindən maliyyələşdirilir.” Prezident köməkçisi deyib ki. QHT-lərin noral fəaliyyətini, eyni zamanda hökumətlə ictimai institular arasında münasibətləri tənzimləmək üçün 2007-ci ildə Prezidetn yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qrant layihələri maliyyələşdirlir. Bununla yanaşı olaraq ölkədə fəaliyyət göstərən nazirliklər, komitələr və digər büdcə təşkilatları QHT-lərin qrant layihələrini maliyyələşdirir. Ölkədə söz və fikir azadlığının təmin olunması barədə məlumat verən Ə. Həsənov bildirdi ki, bu istiqamətdə ciddi işlər görülüb. “Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycada 5 minədək KİV orqanı, 50-dək televiziya və digər KİV orqanları fəaliyyət göstərir. Bununla belə ölkə əhalisinin 75% internet və sosial şəbəkələrdən istifadə edir. Bu gün Azərbaycanda 1,2 milyon insan faceobook sosial şəbəkəsinin istifadəçisidir. Bu gün Azərbaycanda heç bir maneə olmadan istənilən şəxs KİV orqanı yarada bilər. Müvafiq sənədləri Ədliyyə nazirliyinə təqdim etdikdən 7 gün sonra fəaliyyət başlaya bilər və ona hər hansı maneçilik yaradılmır.” Ə.Həsənov onuda əlavə etdi ki, bu gün Azərbaycan prezidenti İlham əliyev mətbuata xüsusi diqqət və qayğı göstərir. “Onun bu diqqəti nəticəsində mətbuatın inkişafı ilə bağlı bir sıra olan Mətbuat Şurası, KİVDF, MTRŞ yaradıldı. Bu qurumlar vasitəsi ilə mətbuata maliyyə yardfımı göstərilir. Bu günədək mətbuatın inkişafına 30 milyon manat vəsait ayrılıb”.
Mürtəza Bunyadlı