General Emin Şəkinski “vuruldu”

  • By admin
  • 16 İyun 2016 12:36

emin

“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Gununsesi.info xatırladır ki, Emin Şəkinski bir müddət bundan əvvəl keçmiş həyat yoldaşının övladları ilə birgə ölkədən qaçmasından sonra gündəmə gəlmişdi.

Görünür, generalın adının qalmaqalda hallanması onu tutduğu postdan “vurulması” ilə nəticələndi. Nəqliyyatda Baş Polis İdarəsinin rəisi nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən aşağı post hesab olunur.