Rusiya hərbi Donanması Xəzərdə təlim keçib

  • By admin
  • 16 İyun 2016 12:40

f6271df9-43dd-4b01-a489-132d9f5939f3

 

Rusiyanın Xəzər Hərbi Donanmasının Həştərxan və Mahaçqaladakı bazalarında aviasiya tağımları və növbətçi idarəetmə mərkəzinin təlimləri keçirilib. Gununsesi.info Rusiya mətbuatına istinadən bildirir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Təlimlərdə 20-yə yaxın gəmi, kater, o cümlədən “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç”, “Volqodonsk”, “Maxaçkala”, “Astarxan” kiçik raket və artilleriya gəmiləri, eləcə də iki “Su-24” və iki “Su-25” təyyarələri iştirak edib.

Gülnaz Qənbərli