
Qohumunu bıçaqla qətlə yetirmiş Şamaxı rayonunun Göylər kənd sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 18-də Şamaxı rayonunun Göylər kənd sakini Famil Hidayətov həyətində münaqişə zəminində qohumu Şəmsəddin Hüseynovu bıçaqla qətlə yetirib.
F. Hidayətov Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Anar
Gununsesi.info











