Ərəblər Bibiheybət Məscidində klip çəkiblər - FOTOLAR (ÖZƏL)

  • By admin
  • 05 Sentyabr 2016 16:51

heybet3

Bu gün  Bakıda “Bibiheybət” Piri kimi tanınan Məscid Kompleksində  ərəblər klip çəkilişlərini həyata keçiriblər.

Günüsesi.info-nun əməkdaşının verdiyi məlumata görə,  şən musiqi sədaları altında rəqs və mahni ifa edən ərəb müğənninin çəkilişləri  məscidin VII İmam Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarının yerləşdiyi pirdə  həyata keçirilib.  Məscid kompleksinin əməkdaşları klipin dini mövzuda olduğunun və Qafqaz Müsmanları İadərsinin icazəsi əsasında çəkilişlərin həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, Bibiheybət məscidi — Azərbaycan Respublikasının Bakı körfəzində yerləşən şiə məscididir. Son variantı 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürztərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı  bolşeviklər tərəfindən tamamilə dağıdılıb.

Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid türbələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər. Hal-hazırda da Azərbaycana gələn xarici ölkələrin siyasi xadimləri məscidi ziyarət edir. Keçmişdə məscid “Fatimə məscidi” adlanırdı. XIX əsrin 50-ci illərindən buranı ziyarət edən Aleksandr Dümada məscidi həmin adla təsvir edir.

1934-cü ildə bu ziyarətgah dinamitlə partladılıb. Məscid və minarə yerlə-yeksan olunaraq üzərindən yol çəkilib. Lakin müstəqillikdən sonra Bibiheybət məscidi yenidən bərpa olunub. Məscidin bərpasına 1998-ci ildən başlanılıb.  2008-ci ilin iyulun 12-də yenidən qurulmuş Bibiheybət məscidinin açılışı oldu. Klassik şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdi. Müqəddəs ayələr mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk olunub. Məscidin hündürlüyü 5 m-dir və bu ibadətgahda 3000 nəfər eyni vaxtda namaz qıla bilər.
Həmin uşaqların da məzarı Həzrəti Həkimə xanımın məzarı ilə yanaşıdır. Bəzi rəvayətlərə görə, VII İmam Museyi-Kazımın (ə) oğlu İmam Rza (ə) Bağdad xəlifəsi Harun ər-Rəşidin oğlu xəlifə Məmun tərəfindən Xorasan şəhərində zəhərləndirilir. Bu hadisədən sonra, İmamın övladları müqəddəs Mədinə şəhərinə buraxılmır. Bu hadisədən sonra İmamın 3 nəvəsi ilə birgə Həzrəti Həkimə xanım İranın Ənzəli şəhərinə yollanır. Burada Baba Sucəd adlı mömin bir şəxsin vasitəsilə Bakı limanına gəlir. Baba Sucəd Bakını onlar üçün təhlükəsiz hesab edir və xanımı Hacı Bədir Heybət adlı varlı bir dostuna tapşırır. Hacı Bədir ədəbli, sadiq bir insan olduğundan, bütün ömrü boyu Həzrəti Həkimə xanıma xidmət edir. Həzrəti Həkimə xanımın vəfatından sonra bu yer pir kimi şöhrət qazanır.

 

heybet5

 

heybet4

 

heybet2

 

heybet1

 

heybet

Kəmalə Kərimli

Gununsesi.info