Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman bu gün keçirilən mətbuat konfransında Gununsesi.info -nun “Böyük Britaniyanın Azərbaycan hökuməti ilə əməkdaşlığında insan hüquqları məsələsi yer alırmı?” sualını cavablandırıb.
Səfir cavabında deyib ki, bu mövzu onların gündəliyində hər zaman olub:
“Uzun müddətdir ki, belə dialoqlar aparmışıq. Amma biz bunu publik şəkildə yox, bağlı qapılar arxasındakı müzakirələrdə edirik. Bizi narahat edən məsələləri Azərbaycanla məxfi şəkildə danışırıq. Belə məsələləri davamlı şəkildə müzakirə edəcəyik. Belə problemlər varsa, biz bunu açıq şəkildə deyil, qapılar arxasında müzakirə edirik”.
Şəbnəm Rəhimova






