Ərəblər də kasıblaşır - LAYİHƏLƏR LƏĞV OLUNUR

  • By admin
  • 08 Noyabr 2016 13:37

ereb

Neftin qiymətinin aşağı düşməsi nəticəsində gəliri azalan Səudiyyə Ərəbistanda 266, 6 milyard dollar dəyərində olan layihələr dayandırılıb.

Gununsesi.info-nun Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İqtisadi İşlər rəhbəri vəliəhd Şahzadə Məhəmməd ibn Səlmanın başçılığı ilə iclas keçirilib. İclasda 266 milyard 600 milyon dollar dəyərində olan çoxsaylı layihələrin ləğvinə qərar verilib. Həmin layihələrin nə ilə bağlı olduğu açıqlanmayıb. Hökumət 29 dekabr 2015-ci ildə su və işıq da daxil olmaqla bir çox sahələrə pul ayırmışdı. 2030-cu ilə qədər neft sahəsi ilə sıx bağlı olan iqtisadiyyatını yenidən canlandırmaq istəyən Səudiyyə Ərəbistan keçən il 98 milyard dollarlıq büdcəsinin 2016-cı ildə 87 milyard dollara enəcəyini bildirmişdi.

Nigar Cəfərli

Gununsesi.info