Ədavətli münasibətdən qurtulmağın yolları nələrdir? 

  • By admin
  • 13 Yanvar 2023 17:57

Yolunda getməyən münasibətinizə “dayan” demək istəyirsiniz. Ancaq bunu necə edəcəyinizi bilmirsinizmi? Sizə ber neçə təkliflərimiz var…

Gununsesi.info xarici mətbuata istinadən hımin maddələri sizə təqdim edir.

  1. Zəhərli ola biləcəyini sandığınız münasibətlərinizi təsvirləndirin.
    Öz seçimlərinizi edə bilmədiyiniz və sizi məhdudlaşdıran münasibət zəhərlidir. Bərbarərliyin olmadığı münasibətlər duyğusal bir şantajdır. Kimsə-kimsənin üzərində hegemonluq qurmağa çalışmamalıdır. Tək tərəf və ya hər iki tərəf özünü nəzarət edilən, ya da zorakılıq basqısı hiss edirsə, hər iki durumda bu münasibətlər zədəlidir. Hədsiz dramatik duyğular tərəfindən manipulyasiya edilməməlisiniz. Çeşidli zehin oyunları ilə qandırılmağa icazə veriməməlisiniz.

İş həyatında bu cür yönləndirmə və idarə etmə basqılarını daha asan fərq edə bilərsiniz. Bu bənddə sadalananlar varsa, sizə heç bir faydası olmadığını sezdiyiniz həmin münasibətinizdən o andan qurtulmalısınız.

 

2. Münasibətinizin sizin üçün nə qədər önəmli olduğuna qərar verin.

Zərər verən zəhərli bir münasibətdən daha erkən can qurtarmağınızın gərəkli olduğunu bilir, ancaq bəzən bir az gözləməyə qərar verirsiniz. Bunun dostlara, ailəyə sədaqət, pul qazanmağa ehtiyac, hüquqi sözləlşmələr kimi səbəbləri ola bilər. Yeni də istismar edilməyə uyğun olmamalı, bir şəkildə tarazlığı qorumağı bacarmalısınız.  Haqq etmədiyiniz bu kimi hallar iç xoşbəxtliyinizi sümürən səbəblər münasibətlərinizin sağlam olmadığını göstərir.

 

 

3. Limitiniz nədir? 

Hansı səbəblə olursa, olsun münasibətin davamına qərar verdinizsə, ən azı, görüş müddətini məhdud tuta bilərsiniz. Zəhərli münasibətlərin zaman qazandıqca daha çox aşındırdığını unutmamalısınız.

 

4 – Stressin idarə edilməsi 

Münasibətlərdə stressə qatlanmaq məcburiyyətindəsinizsə, bunu əyləncəli hala gətirmək kimi metodlara baş vura bilərsiniz. Ovqatınızı yüksək tutmaq hər zaman işə yarayar. İdman, yoqa, üzgüçülük zehni sağlığınızı qorumağa yardımçı olacaqdır.

6. Dağıdıcı münasibətlərdən uzaq durmaq

Əgər belə bur münasibəti bitirməyə qərar verdinizsə, təbriklər! Bəli, kimsənin gizli manipulyator və sevimli görünməyə çalışan passiv-aktiv bir insana ehtiyacı yoxdur həyatında. Hüzursuz hiss etmək erkən bir siqnal ola bilər. Digər əlamətlər isə güclü duyğular və ya qarşılıqlı dürüst ola bilməmə halı, rabitənin təsirsiz qalması ola bilər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info