Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

  • By admin
  • 19 Aprel 2024 19:30

Son illər Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq nazirlərin vətəndaşlarla görüşü həyata keçirilir.

Belə ki, nəzərdə tutulmuş plana uyğun olaraq, nazilər ölkənin müxtəlif bölgələrində vətəndaş qəbulu həyata keçirir.

Ancaq Azərbaycanın elm və təhsil nazir Emin Əmrullayev isə vətəndaş qəbulu məsələsində imitasiya ilə məşğul olur.

Belə ki, nazirliyin açıqlamasında Emin Əmrullayevin   Samux rayonunda vətəndaş qəbulu keçirdiyi barədə məlumat yayılıb.

Həmin məlumatda bildirilir ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak ediblər.

Ancaq nazirlə görüşə gəlmək istəyən çoxsaylı vətəndaşlar buna nail ola bilməyib.

Gununsesi.infonun elektron poçtuna yazan bir qrup vətəndaş iddia edib ki, Emin Əmrullayev qəbul adı ilə Regional Təhsil İdarəsinin strukturlarında çalışan işçiləri ilə görüşüb.

Nəticədə onlarla vətəndaş nazirin qəbuluna buraxılmayıb.

 

Elmar Elnuroğlu

Gununsesi.info