
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Ərdoğan özü deyib.
O, qeyd edib ki, 3 körfəz ölkəsinə-Qətərə, Küveytə və Səudiyyə Ərəbistanına yaxın zamanlarda səfər etməyi planlaşdırır.
“Bu səfərdə məqsəd “Qətər böhranı” ilə bağlı bağlı məsələyə yardımçı olmaq, töhfə verməkdir…”-deyə, Ərdoğan sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info










