Əfqanıstanda partlayış baş verib, ölənlər və yaralananlar var

  • By admin
  • 23 Noyabr 2019 21:15

Əfqanıstanda bazarda partlayış törədilib.

Gununsesi.org “ToloNews”ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında ölkənin şərqindəki Kapisə əyalətinin Ala Sai qəzasında qeydə alınıb.

Əldəqayırma partladıcı qurğunun işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, aralarında iki nəfər təhlükəsizlik qüvvələri əməkdaşı olan 5 nəfər də xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən zərərçəkənlərin vəziyyətinin kafi olduğu bildirilir.

 

Gununsesi.org