Əfqanıstanda partlayış: polis rəisi və 6 əməkdaş ölüb

  • By admin
  • 22 İyul 2020 17:52

Əfqanıstanın mərkəzində yerləşən Uruzqan əyalətində törədilən partlayış nəticəsində 7 polis əməkdaşı ölüb.

Gununsesi.org “Tolo News”a istinadən xəbər verir ki, bunu əyalət qubernatorunun nümayəndəsi Zərqay İbadi bildirib.

Uruzqan əyaləti Xas rayonunun polis rəisi Dad Qul da yola qoyulmuş partlayıcının partlaması nəticəsində ölənlərin arasında olub.

Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

 

 

 

Gununsesi.org