Braziliya prezidentinin üçüncü COVID-19 testi də müsbət çıxdı

  • By admin
  • 22 İyul 2020 17:45

Koronavirusa yoluxan Braziliya Prezidenti Jair Bolsonaronun üçüncü koronavirus testi də müsbət nəticə göstərib.

Gununsesiaz.info bildirir ki, “Anadolu” agentliyi bu barədə Braziliya Prezident Sarayının açıqlamasına istinadla xəbər verir.

Ölkə prezidentinin səhhətinin yaxşı olduğu qeyd edilir.

İyulun 7-də onda koronavirus aşkarlanandan sonra prezident iqamətgahı olan Alvorada Sarayında karantində olan J.Bolsonaro zəif simptomları üçün istifadə etdiyi malyariya dərmanı hidroksixloroxinin sayəsində dərhal sağalmağa başladığını bildirmişdi.

Gununsesiaz.info