Əfqanıstanda partlayış törədilib - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 07 İyul 2020 14:43

Əfqanıstanda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Gununsesi.org “1TV News” telekanalına istinadən xəbər verir ki, bunu Nanqahar əyaləti başçısının nümayəndəsi Attaullah Xoqiani bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb, 5 polis yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

 

Gununsesi.org