ABŞ Ukraynaya “Patriot” raketləri istehsalına lisenziya verə bilər

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2026 21:23

ABŞ Ukrayna ilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına lisenziya verilməsi məsələsi üzrə danışıqları davam etdirir.

Gununsesi.info  xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

O, məsələnin hazırda müzakirə olunduğunu deyib. Onun sözlərinə görə, lisenziyanın verilməsi Ukraynaya raket istehsalını artırmağa imkan yarada bilər, lakin bunun üçün zavodların tikilməsi və istehsalın qurulması bir neçə il çəkəcək.

Rubio onu da qeyd edib ki, bu layihə Ukraynanın hazırda yaşadığı raket çatışmazlığını qısa müddətdə həll etməyəcək.

O, həmçinin ABŞ-ın Ukraynanın dron texnologiyalarından yararlanması ilə bağlı qarşılıqlı faydalı əməkdaşlığa açıq olduğunu bildirib.

Gununsesi.info