Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində Ramiz Mehdiyevin yerinə iki nəfər seçilib.
YAP-ın Mətbuat xidmətindən Gununsesi.info–nun sorğusuna cavab olaraq bildirilib ki, Ramiz Mehdiyevin əvvəlki tərkibdə tutduğu yer boşalandan sonra siyahıya Allahverdi Şəmistan oğlu Hacıyev və Heydər Museyib oğlu Hüseynovun adları daxil edilib.
Həm Allahverdi Hacıyev, həm də Heydər Hüseynov YAP-ın qurulmasında yaxından iştirak etmiş “91-lər”dəndir.
Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.
Xatırladaq ki, dünən – oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasının yeni tərkibi təsdiqlənib. Şuranın sədri Arif Rəhimzadə, sədr müavinləri isə Sədaqət Qəhrəmanova və Əli Həsənov olub.
YAP Veteranlar Şurasının yeni tərkibi:
- Rəhimzadə Arif Qafar oğlu – sədr
- Qəhrəmanova Sədaqət Məmmədyar qızı – sədr müavini
- Həsənov Əli Şamil oğlu – sədr müavini
- Abasova Adilə Ziyat qızı
- Abutalıbov Hacıbala İbrahim oğlu
- Cahangirov Asif Baxış oğlu
- Cəbiyev Rizvan İsrafil oğlu
- Ələkbərov Urxan Kazım oğlu
- Əliyev Cəmil Əziz oğlu
- Əlizadə Akif Ağamehdi oğlu
- Əmiraslanov Əhliman Tapdıq oğlu
- Əsgərov Şahlar Qaçay oğlu
- Əzizov İbrahim Vahab oğlu
- Fərəcov Ədalət Nurulla oğlu
- Hacıyev Allahverdi Şəmistan oğlu
- Hüseynov Heydər Museyib oğlu
- Hüseynov Vaqif Aslan oğlu
- Hüseynova Fidumə Məmmədəli qızı
- Xəlilov Zahid Abdulla oğlu
- İmamverdiyev Sudeyf Bəşir oğlu
- İsmayılov Nazim Mehdi oğlu
- Qaraşov Arif Xanoğlan oğlu
- Qasımzadə Elbay Ənvər oğlu
- Qoca Xeyrəddin Sayəddin oğlu
- Quliyev Tahir Məhərrəm oğlu
- Quliyeva Zərifə Rzaqulu qızı
- Mahmudov Yaqub Mikayıl oğlu
- Məmmədhəsənov Rafiq Musa oğlu
- Məmmədov Elman Camal oğlu
- Məmmədov Tahir Tais oğlu
- Mərdanov Misir Cumayıl oğlu
- Nəsirov Məmməd Yahya oğlu
- Novruzov Vahid Tapdıq oğlu
- Rzayev Tahir Musa oğlu
- Seyidzadə Dilarə Bağır qızı
(modern.az)










