Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi

  • Müəllif: Orxan
  • 16 Oktyabr 2026 11:46

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işi üzrə məhkəmə iclasında prokurorun səhhəti pisləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, prokuror Hayk Hovhannisyan 2008-ci il 1 mart hadisələri ilə bağlı iş üzrə aparılmış ekspertizaların nəticələrini oxuyarkən qəfil fasilə verib.

Hakim Sarkis Petrosyan isə buna etiraz etməyib. Prukurorun halının pisləşmə səbəbi açıqlanmayıb.

Gununsesi.info