Ukraynanın dövlət borcu 290 milyard dollara çatıb

  • Müəllif: Firuzə
  • 29 Noyabr 2026 12:24

Noyabrın sonuna olan məlumata görə, Ukraynanın dövlət borcu təxminən 235 milyard dollar təşkil edib.

Gununesi.info xəbər verir ki, ölkənin Maliyyə Nazirliyi borcun 2026-cı ilin sonuna qədər 240 milyard dollara, 2027-ci ilin sonuna qədər isə ən azı 290 milyard dollara yüksələcəyini proqnozlaşdırır.

Proqnoza əsasən, 2026-cı ilin sonunda hər bir Ukrayna vətəndaşının payına 8 500 dollar, 2027-ci ildə isə təxminən 10 400 dollar dövlət borcu düşəcək.

Bununla yanaşı, Kiyev hərbi xərclərin maliyyələşdirilməsi üçün Avropa İttifaqından əlavə 27 milyard dollar tələb edir. 2027-ci ilədək isə ölkəyə daha 70 milyard dollar vəsait lazım olacağı bildirilir.

Gununesi.info