Hörmüz boğazında tanker minaya düşdü

  • Müəllif: Firuzə
  • 29 Noyabr 2026 11:56

Hörmüz boğazında tanker minaya düşüb.

Gununesi.info xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, üç tanker identifikasiya və naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərq hissəsindəki qadağan olunmuş zonaya daxil olub. Tankerlərdən biri dəniz minasının partlaması nəticəsində yanmağa başlayıb və hərəkət qabiliyyətini itirib. Digər iki tanker isə hadisədən sonra istiqamətlərini dəyişərək Fars körfəzinə doğru hərəkət edib.

Gununesi.info