Sabah bu yol bağlı olacaq

  • Müəllif: Firuzə
  • 16 Oktyabr 2026 23:27
Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd edilib.

Gununsesi.info