Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay təşkilatın Astanadakı qərargahına “Qarabağ atı” heykəlinin hədiyyə edilməsinə görə Azərbaycana təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, o, bunu AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.
“Bu hədiyyəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm”, – K.Sarıbay qeyd edib.
O, həmçinin ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri nəzərə alınmaqla inşa edilmiş AQEM-in qərargahını təqdim etdiyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib:
“Bundan əlavə, Asiya mədəniyyətinin müxtəlifliyini əks etdirən və qərargahı əsl Asiya diplomatiyası məbədinə çevirən sənət əsərlərini hədiyyə etmiş üzv dövlətlərə minnətdarlığımı bildirirəm”.












