İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndi ərazisində baş verib.
Belə ki, “VAZ-2106” markalı minik avtomobili ilə “DAF” markalı tır toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişinləri isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.











