Lənkəran Dövlət Universitetinin (LDU) Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial iş ixtisasının II kurs tələbəsi Musazadə Sinan Yalçın oğlu vəfat edib.
Gununsesi.info xəbər verir ki, LDU-nun Mətbuat xidmətindən tələbənin uzun sürən ağır xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
LDU rektoru, universitetin professor- müəllim heyəti və tələbələri mərhumun ailəsinə başsağlığı veriblər.
Allah rəhmət eləsin!










