Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır

  • Müəllif: Firuzə
  • 15 Oktyabr 2026 13:52

Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib.

“Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, – dövlət başçısı əlavə edib.

Gununsesi.info