Əfqanıstanda partlayış zamanı 1 uşaq həlak olub, 11 nəfər yaralanıb

  • By admin
  • 22 Sentyabr 2019 13:12

Əfqanıstanda partlayış törədilib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Tolonews” ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Pərvan vilayətində baş verib. Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 1 uşaq həlak olub, daha 11 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin rəsmiləri partlayışın “Taliban” silahlıları tərəfindən törədildiyini güman edirlər.

Daha əvvəl Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində 20 nəfər həlak olub, 95 nəfər yaralanıb.

 

 

 

Gununsesi.org