Əfqanıstanda polislərə hücum – 15 ölü, 5 yaralı

  • By admin
  • 15 Aprel 2018 17:04


Əfqanıstanda “Taliban” terrorçuları nəzarət buraxılış məntəqəsinə (NBM) hücum ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə 1TV kanalı məlumat yayıb.

Məlumata əsasən, hücum Qanzi əyalətinin Caqatu rayonunda baş verib. insident nəticəsində 4 polis ölüb, daha 5-i isə yaralanıb.

Bundan əlavə Sari-Pul əyalətində də NBM-ə hücum olunub. Burada isə 11 hərbçi ölüb. Hücum zamanı 3 Taliban üzvü də öldürülüb, 4-ü isə yaralanıb.

Əfqanıstanda vəziyyət son aylar nəzərə çarpacaq dərəcədə pisləşib. Daha əvvəl kənd təsərrüfat olan ərazilərə nəzarət edən Taliban şəhərlərə hücumlara başlayıb. Həmçinin İŞİD-in də təsiri ölkədə getdikcə artmaqdadır.

Gununsesi.info