Əfqanıstanda prezident seçkiləri təxirə salındı -Seçici siyahısında səhvlər, saatlarla davam edən gecikmə və qanunsuzluqlar aşkar olunmuşdu

  • Müəllif: admin
  • 31 Dekabr 2018 18:32

Əfqanıstanda gələn il 20 apreldə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri 20 iyula keçirilib.

“Gununsesi.org” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin Müstəqil Seçki Komissiyası seçkilərə daha yaxşı hazırlaşmaq üçün bu qərarın verildiyini açıqlayıb.

Həmçinin qeyd edilib ki, Bu ilin oktyabrında keçirilmiş parlament seçkilərində baş vermiş problemlərin təkrar yaşanmaması üçün ciddi hazırlıq görüləcək.

Xatırladaq ki, Əfqanıstanda oktyabrdakı seçkilərdə ilk dəfə elektron səsvermə tətbiq edilmiş, nəticədə bir çox problemlər, o cümlədən seçici siyahısında səhvlər, saatlarla davam edən gecikmə və qanunsuzluqlar aşkar olunmuşdu.