Əfqanıstanda terrorçu özünü partlatdı, azı 11 ölü

  • Müəllif: admin
  • 10 İyul 2018 12:40

Əfqanıstanda terrorçu özünü partlatdı, azı 11 ölü

 

Əfqanıstanda terrorçu-kamikadze Nangarhar əyalətində özünü partladıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, kamikadze Cəlalabadda nəzarət-buraxılış məntəqəsinə hücum edib. Nəticədə azı 11 nəfər ölüb. Məlumata görə, ölənlərdən ikisi Milli Təhlükəsizlik İdarəsinin iki əməkdaşı olub.