Çin təşvişdə - "Mariya" tayfunu yaxınlaşır

  • Müəllif: admin
  • 10 İyul 2018 12:36

Похожее изображение

 

Çinin şərqindəki Futszyan əyalətində “Mariya” tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək dərəcəli, “qırmızı” kateqoriyalı xəbərdarlıq verilib.

Yaxın saatlarda tayfunun Tayvanı və Futszyan əyalətini əhatə edəcəyi gözlənilir.

 Qeyd olunur ki, tayfunun episentrində küləyin sürəti saniyədə 52 metrə çatır.

Sahil bölgəsində yaşayan sakinlərə təxliyə prosesinə hazır olmaları tapşırılıb.